Azərbaycan Respublikasının Mərkəzi Bankı bu gün qısamüddətli notlar yerləşdirib

16:49 - 2.05.2018


2 may, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) qısamüddətli notlar yerləşdirib.

Bakı Fond Birjasının məlumatında deyilir ki, mayın 2-də AMB hərracda  50101767S dövlət qeydiyyat nömrəli, 250 milyon həcmində, 28 gün müddətinə notlar təklif etmişdir.

14 investor tərəfindən 630 972,4 min manat həcmində 23 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlilik 8,01%) təklif etmişlər.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99,3812 manat (gəlirlilik 8,01%) səviyyəsində müəyyən edilmiş və orta ölçülmüş qiymət ona bərabər olmuşdur. Nəticədə 250 milyon manat həcmində notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi  30 may 2018-ci ildir.