17:35 - 25.02.2022
25 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 11 aprel 2019-cu il tarixli fərmanında dəyişiklik edib.
ABC.AZ xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda keçiriləcək bəzi tədbirlərin xüsusi rabitədən istifadə üçün Prezident Administrasiyasından (PA) icazə alınacaq.
Dəyişiklikdə həmçinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə ümumdövlət və yaxud ictimai maraqların təmin edilməsi ilə bağlı olan digər hallarda PA ilə razılaşdırmaqla xüsusi rabitə ilə təmin etmə səlahiyyəti verilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026