16:34 - 24.02.2022
24 fevral, Fineko/abc.az. Ukraynanın paytaxtı Kiyevdə hazırda restoranlar, banklar, valyutadəyişmə məntəqələri bağlıdır.
ABC.AZ-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hazırda ərzaq mağazalarında uzun növbələr yaranıb. Məlumatda növbələrin yaranma səbəbi də göstərilib.
Qeyd olunub ki, mümkün təxribatların qarşısının alınması üçün kütləvi halda insanların mağazalara buraxılmaması növbələrə səbəb olub. Ərzaq qıtlığı hələlik müşahidə olunmur.
Apteklərin də əksəriyyəti hazırda bağlıdır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026