14:33 - 23.02.2022
23 fevral, Fineko/abc.az. "Qanunvericilikdə bununla bağlı hər hansı bir qadağa, eyni zamanda mexanizm də yoxdur”.
ABC.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli vəfat etmiş şəxsin pensiya yığımının onun varisinə keçib-keçməməsinin qanunda necə tənzimlənməsinə aydınlıq gətirərkən deyib.
Ekspertin fikirincə, varislik hüququnun indiki mərhələdə yeganə yolu məhkəmələrdən keçir:
"Azərbaycanda bir neçə belə hadisə olub ki, məhkəmə qərarları ilə varislik hüququ bərpa olunub və həmin yığım fondunda olan vəsait varislərinə ödənilib. Bu onu göstərir ki, qanunda onunla bağlı heç bir qadağa yoxdur. Çox təəssüf ki, mexanizm də yoxdur. Mən bildiyimə qədər məhkəmələrdə onlarla belə mübahisəli işlər mövcuddur”.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026