Azərbaycanda 9 dövlət müəssisəsi hərraca çıxarılacaq

16:47 - 18.02.2022


18 fevral, Fineko/abc.az. 5 aprel 2022-ci il tarixdə saat 10:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, hərraca 9 kiçik dövlət müəssisə və obyektləri çıxarılır.

Hərraclarda iştirak etmək üçün sənədlər müvafiq hərrac komissiyasına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır.