11:52 - 18.02.2022
18 fevral, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 10-nun hesabladığı sığorta haqları 2022-ci ilin yanvar ayında ötən ilin yanvar ayı ilə müqayisədə azalıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, “A Group”, “Ata Sığorta”, “Atəşgah Həyat”, “Atəşgah”, Dövlət Sığorta Kommersiya Şirkəti, “Azsığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, və “Qala Sığorta” şirkətlərinin hesabladıqları sığorta haqları azalıb.
Sığorta şirkətlərinin 2022-ci ilin yanvar ayında hesabladıqları cəmi sığorta haqları 2021-ci ilin yanvar ayı ilə müqayisədə 14 milyon 223 min manat və ya 13,7% artaraq 118 milyon 234 min manat təşkil edib.
Artım həyatın yaşam, tibbi və əmlak sığortaları üzrə hesablanan sığorta haqlarının artmasından qaynaqlanır. İcbari sığortalar üzrə hesablanan sığorta haqları azalıb.
10 Avqust 2026
10 Avqust 2026