16:41 - 15.02.2022
15 fevral Fineko/abc.az. “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Binəqədi və Nizami rayonlarında içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
ABC.AZ xəbər verir ki, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində fəaliyyət göstərən çörək və şirniyyat sexləri, eləcədə qəsəbədə yeni tikilmiş fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə etdildiyi aşkarlanıb.
Bundan başqa, Nizami rayonu Nəsimi küçəsi ev 32 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən obyektdə isə qeyri-qanuni birləşmə ilə şəbəkə suyu “Mono su” adı ilə qablaşdırılaraq satışa çıxarılır.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.