14:00 - 15.02.2022
15 fevral, Fineko/abc.az. Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
ABC.AZ xəbər verir ki, söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.
NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026