16:25 - 14.02.2022
14 fevral, Fineko/abc.az. Bu ilin əvvəlindən özünüməşğulluq proqramı üzrə 766 şəxs üçün kiçik bizneslər yaradılıb.
Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və proqramın genişlənməsinə dəstək olaraq Dünya Bankı ilə birgə icra olunan “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə aktivlərin paylanması işləri 2022-ci ildə də davam edir.
Həmin işlər çərçivəsində bu ilin əvvəlindən paytaxt və regionlarda 766 nəfər işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilib. Həmin şəxslərin mühüm hissəsi şəhid ailələrinin üzvləri, müharibə iştirakçılarıdır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026