"Azərsu” -nun əməkdaşı abonent tərəfindən fiziki təzyiqə məruz qalıb

16:05 - 14.02.2022


14 fevral, Fineko/abc.az. "Azərsu” ASC-nin 4 nömrəli  Regional Sukanal İdarəsinin “İmişli Sukanal” Sahəsinin əməkdaşı abonent tərəfindən fiziki təzyiqə məruz qalıb.

ABC.AZ "Azərsu” ASC-yə istinadla xəbər verir ki, İmişli şəhəri Sevil Qazıyeva küçəsi ev 6 ünvanında Taleh Zeynalov yığılmış borcu ödəməkdən imtina edərək “İmişli Sukanal” Sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndisi Məhərrəmov Mustafa ilə aqressiv davranaraq  onu ağır şəkildə təhqir edib, fiziki təzyiq göstərib.

Baş vermiş hadisə bağlı İmişli Rayon Polis Şöbəsinə müraciət olunub. 

Abonentlərin bir daha diqqətinə çatıdırılır ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzamalıdır.

https://www.youtube.com/watch?v=O_U7TIfB7v4