14:53 - 9.02.2022
9 fevral, Fineko/abc.az. Statistik məlumatlara görə ötən illərlə müqayisədə əcnəbilər kütləvi şəkildə Ermənistandakı əmlaklarından qurtulmağa çalışırlar.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, Ermənistandakı qeyri-sabit siyasi-iqtisadi vəziyyət əcnəbilərin ölkədən getməsinə gətirib çıxarıb.
Ermənistanın əmlak alqı-satqısı üzrə statistik göstəricilərinə əsasən ötən il əcnəbilərin Ermənistandakı əmlaklarını satması əvvəlki illərlə müqayisədə 2-3 dəfədən çox artıb.
Belə ki, 2021-ci ildə Ermənistanda əcnəbilər tərəfindən 4 742 əmlak alqı-satqısı olub. 1587 daşınmaz əmlak alınıb, 3155 isə satılıb.
Yəni əcnəbilər Ermənistanda aldıqları əmlakdan 2 dəfə çoxunu satıblar.
Bu da artıq Ermənistandakı əcnəbilərin ölkəyə etibarının itdiyinin və tezliklə ölkəni tərk etmək istəməsinin göstəricisidir. Ermənistanın kənd təsərrüfatına yatırım edən əcnəbilər də artıq ölkədən getməyə çalışırlar. 2021-ci il ərzində Ermənistanda xarici ölkə vətəndaşları tərəfindən kənd təsərrüfatına yararlı 5 torpaq sahəsi alınıb. Qarşılığında isə 516 bu tipli torpaq sahəsi əcnəbilər tərəfindən satılıb. Yəni artıq xarici vətəndaşların Ermənistan kənd təsərrüfatı torpaqlarına marağı kəskin azalıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026