14:43 - 8.02.2022
8 fevral, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3, 9 və 15 mart tarixlərində hərrac keçiriləcək.
Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, martın 3-də keçiriləcək hərraca 25 nəqliyyat vasitəsi, 9 martda təşkil olunacaq hərraca 18 nəqliyyat vasitəsi, 15 mart tarixindəki hərraca isə 18 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 20 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Avropa, Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1995-2011-ci illər arasında dəyişir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə 1-i istisna olmaqla, qalanları bölgələrdə yerləşir.
3 Avqust 2026
1 Avqust 2026