Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində içməli və tullantı su xətləri yenilənib

15:48 - 4.02.2022


4 fevral, Fineko/abc.az. Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində “Azərsu” ASC tərəfindən ərazidən keçən içməli və tullantı su xətləri yenilənib.

ABC.AZ xəbər verir ki, yol infrastrukturunun yenidən qurulmasından istifadə edərək həmin küçədən keçən kommunikasiya xətlərinin dəyişdirilməsinə qərar verilib və layihə hazırlanıb. Layihəyə əsasən, 225 mm diametrli borularla 550 metr içməli su, 300-400 mm diametrli borularla 360 metr tullantı su xətləri inşa edilib.

Yeni çəkilmiş magistral su kəmərindən və kollektordan ətraf küçələrə və fərdi yaşayış evlərinə çıxışlar verilib.