İtcimai Birlik sədri saxlandı - Detallar

14:11 - 4.02.2022


4 fevral, Fineko/abc.az.     Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun saxlanılma anının görüntüləri yayılıb. 

ABC.AZ-ın məlumatına görə, görüntülər yerli mediada yayılıb.

Məlumata görə, Rasim Məmmədovdan hüquq-mühafizə orqanlarına bir neçə vətəndaş şikayət edib. Saxlanma əməliyyatını ərazi üzrə Sumqayıt polisi həyata keçirib.

Xatırladaq ki, Rasim Məmmədov daha əvvəl məktəb direktoru olan bacısının qalmaqalı ilə gündəmə gəlmişdi.