10:33 - 3.02.2022
3 fevral, Fineko/abc.az. Fevralın 16-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AGBank" ASC-nin, fevralın 23-də isə "Dəmir Bank" və "Zamin Bank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) ABC.AZ-a verilən məlumata görə, söhbət "AGBank"a məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsindəki 220,3 kv.m-lik və "Dəmir Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsindəki 91 kv.m-lik fərdi yaşayış evlərindən, "Zamin Bank"a məxsus Sumqayıt şəhəri, 17-ci məhəllədəki 220,5 kv.m-lik qeyri-yaşayış sahəsindən gedir.
Əmlaklara müvafiq olaraq 210 min manat, 121 min manat və 320 min manat qiymət qoyulub.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026