17:29 - 2.02.2022
2 fevral, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə reyslərinin sayını artırıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.
Məlumata görə, martın 17-dən 26-na qədər Bakıdan səhər saat 08:00-da, Dubaydan isə yerli vaxtla saat 12:00-da J2-115/J2-116 nömrəli əlavə reyslər həyata keçiriləcək. Bununla da, sərnişinlər günün əvvəlində səhər saatlarında çata biləcəklər.