"Volvo"nun satışları kəskin azalıb - Səbəbi çip çatışmazlığıdı

16:17 - 2.02.2022


2 fevral, Fineko/abc.az. "Volvo Car Group"un satışları yanvar ayında kəskin dərəcədə - 20,2% azalaraq 47 561 vahid avtomobilə enib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, şirkətin avtomobillərinə yüksək tələbata baxmayaraq, mikroçiplərin çatışmazlığı istehsalı və nəticədə satışların da azalmasına gətirib çıxarıb.

İsveçin nəhəng avtomobil şirkətinin Avropadakı satışları 24,8%, ABŞ-da isə 12,8% azalıb.

Qeyd edək ki, qlobal miqyasda çiplərin tədarükündə fasilələr ilk növbədə müxtəlif elektron sistemlərin istehsalı üzrə ixtisaslaşmış şirkətlərin gəlirlərinə təsir göstərib.