Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır - Bu gündən

14:51 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Ermənistanın "Flyone Armenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üçün hazırlıqların başa çatdığını açıqlayıb.

ABC.AZ APA-ya istinadən xəbər verir ki, "Flyone Armenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan reys üçün epidemioloji tədbirlərin görüldüyünü, uçuş üçün hazırlıq işlərinin başa çatdırıldığını söyləyib.

Aram Ananyan İrəvan-İstanbul reyslərinin İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsində rol oynayacağını da əlavə edib. Növbəti reysin fevralın 5-də gerçəkləşəcəyi də açıqlanıb.