14:57 - 1.02.2022
1 fevral, Fineko/abc.az. Milli Məclisdə keçirilən müzakirələr zamanı avtomobillərin parklanma müddətinin 48 saata qədər uzadılması barədə layihə I oxunuşda qəbul edilib.
ABC.AZ-ın məlumatına görə, bununla bağlı qərar "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı verilib. Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz.
Belə ki, sürücülər nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq avtomobil saxladığı təqdirdə inzibati məsuliyyət daşıyacaq.
Lakin parklanma yerlərində parklanmanın vaxtı və müddəti əlavə məlumat nişanları vasitəsilə məhdudlaşdırıla bilər.
Qeyd edək ki, nəqliyyat vasitəsini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimə ediləcək.