14:15 - 1.02.2022
1 fevral, Fineko/abc.az. Bu gündən Gürcüstanın paytaxtı Tiflisdə ictimai nəqliyyatda gediş haqqının qiyməti artıb.
ABC.AZ xəbər verir ki, sərnişinlər avtobus, metro və mikroavtobuslarında birdəfəlik gediş üçün 50 tetri əvəzinə 1 lari ödəyəcəklər.
Bununla yanaşı, gediş haqqının ödənilməsi üçün yeni sistem də tətbiq edilib.
Yeni tətbiq edilən limitsiz abunə kartları müxtəlif müddətli - 90 dəqiqəlik 1 lari, 1 günlük 3 lari, həftəlik 20 lari, aylıq 40 lari, 3 aylıq 100 lari, yarım illik 150 lari və illik 250 lari olacaq.
Müəllif: Elmir Murad