Mercedes Benz elektrikli avtomobil istehsalına başlayıb - Foto

10:52 - 1.02.2022


1 fevral, Fineko/abc.az. Son dövrlər hibrid və elektrikli avtomobillərə tələbat daha da artıb.

Artıq bir çox brendlər elektrikli avtomobillər istehsal edir.

Verilən məlumata görə, brendlər arasında ən çox elektrikli avtomobili "Toyota" şirkəti istehsal edib.

Bununla yanaşı hibrid və elektrikli avtomobil satışında da "Toyota" şirkəti liderdir.

Bu yaxınlarda isə Almaniyanın, həmçinin dünyanın əsas avtomobil istehsalçısı "Mercedes Benz" şirkəti də elektrikli avtomobillər istehsalına başlayıb.

Hələlik qiyməti və funksiyaları barədə məlumat olmasa da maşının fotoları yayılıb.