15:27 - 31.01.2022
31 yanvar, Fineko/abc.az. AZAL aviaşirkəti Bakıdan Sankt-Peterburq şəhərinə uçuşlara başlayır.
“Azərbaycan Hava Yolları" aviaşirkəti mart ayında Bakı ilə Sankt-Peterburq arasında uçuşların yerinə yetirilməsini bərpa edir.
AZAL-dan ABC.AZ-a verilən məlumata görə, martın 17-dən etibarən Bakı-Sankt-Peterburq-Bakı istiqamətində həftədə iki dəfə - cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026