12:32 - 17.01.2022
17 yanvar, Fineko/abc.az. "Azərenerji" ASC Kəlbəcər rayonundakı “Qaraarxac”, “Meydan-2”, “Tərtər-3”, “Tərtər-2” və “Kəlbəcər-3” kiçik su elektrik stansiyalarının (SES) yenidən qurulması üçün 5 açıq tender elan edib.
ABC.AZ-ın məlumatına görə, dəyəri 5 milyon manatdan çox olan tenderlərdə iştirak haqqı 2 000 manatdır. İddiaçılar ilkin sənədləri fevralın 28, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə martın 9-u, saat 15:00-a qədər səhmdar cəmiyyətinin
Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
4 Avqust 2026
4 Avqust 2026