14:55 - 12.01.2022
12 yanvar, Fineko/abc.az. "Volkswagen" şirkəti satışlarının azaldığını bəyan edib.
ABC.AZ-ın məlumatına görə, şirkət öz markası ilə avtomobil satışlarının 2021-ci ildə 8,1 faiz azalaraq 4,9 milyondan bir qədər aşağı düşdüyünü bildirib.
Şirkət buna səbəb kimi təchizat zəncirlərində problemlərin yaranması ilə əlaqələndirib.
"Volkswagen" rəsmiləri bu vəziyyətin 2022-ci ilin ilk yarısında da davam edəcəyini gözlədiklərini bildirib.
Ümumi avtomobil satışları azalsa da, tam elektrikli və ya hibrid avtomobillərin satışı 2020-ci ilə nisbətən 73% artaraq 369 minə ədədə çatıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026