12:28 - 12.01.2022
12 yanvar, Fineko/abc.az. ABŞ-ın elektrikli avtomobil (elektromobil) istehsalçısı "Tesla" rekord satış həyata keçirib.
ABC.AZ-ın məlumatına görə, bu Çindəki istehsala aiddir. Belə ki, şirkət dekabr ayında, Şanxayda istehsala başladığı 2019-cu ildən bəri ən böyük aylıq satış göstəricisinə çatıb.
"Tesla" dekabr ayında 70 min 846 elektromobil satışı həyata keçirib.
Beləliklə, Tesla-nın dekabr satışı keçən ilin eyni ayı ilə müqayisədə təxminən üç dəfə artıb və noyabr ayı ilə müqayisədə isə 34% çox olub.
Müəllif: Elmir Murad
18 Avqust 2026