"ADY Express"-in ötən il ən çox nəql etdiyi məhsullar - Siyahı

11:17 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ötən il ərzində "ADY Express" ixrac, idxal, tranzit və daxili yükdaşımalar rejimində müxtəlif istiqamətdə yüklərin nəqlini həyata keçirib.

ABC.AZ-ın məlumatına görə, ixrac rejimində daha çox azot gübrələri, dizel, bitum və qudron, digər neft məhsulları və meyvə-tərəvəz nəql edilib.

ADY Expressin İdxal rejimində nəql etdiyi yüklərin mənşəyi isə əsasən Rusiya, Braziliya, Qazaxıstan və Ukrayna olub.

Bu tip rejimdə daha çox bugda, ağac məhsulları, şəkər, benzin və qara metal nəql edilib.

Tranzit yükdaşımalarda “ADY Express” MMC daha çox Rusiya-Türkiyə, Rusiya-Gürcüstan, Rusiya-İran və Orta Asiya ölkələri ilə Gürcüstan və Türkiyə arasında yükdaşımalar həyata keçirib. Bu tip yükdaşımalarda daha çox azot gübrələri, benzin, neft məhsulları, metal yüklər və mineral sular nəql edilib.