11:04 - 11.01.2022
11 yanvar, Fineko/abc.az. Ötən il ərzində "ADY Express" ixrac, idxal, tranzit və daxili yükdaşımalar rejimində müxtəlif istiqamətdə yüklərin nəqlini həyata keçirib.
ABC.AZ-ın məlumatına görə, ümumi olaraq 2021-ci ildə şirkət dəmir yolu vasitəsi ilə 5 716 845 ton yük nəql edib.
"Bunun 427 032 ton daxili, 1 559 620 ton idxal, 2 258 609 ton ixrac, 1 471 584 ton isə tranzit yüklərin payına düşür" deyə "ADY Express"-dən bildirilib.
Statistik göstəricilərdən göründüyü kimi ən çox yükdaşımalar ixrac yüklərinin payına düşüb. Bu yüklərin təyinat ölkələri əsasən İtaliya, Rusiya, Gürcüstan və Braziliya olub.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026