Citigroup peyvənd olunmayan əməkdaşlarını işdən çıxarılacaq - Vaxt verildi

10:28 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. ABŞ-ın ən böyük banklarından biri olan “Citigroup” maraqlı və gözlənilməz açıqlama yayıb.

ABC.AZ-ın məlumatına görə, bank peyvənd olunmayan işçilərini işdən çıxaracağl ilə hədələyib.

Belə ki, yanvarın 14-dək COVID-19-a qarşı peyvənd olunmayan bütün işçilər ayın sonuna qədər işdən çıxarılacaq.

Əslində bank bu tələbi ilk dəfə oktyabr ayında səsləndirmişdi. Qeyd edək ki, gələn həftəyə qədər bu tələbi yerinə yetirməkdən imtina edən işçilər ödənişsiz məzuniyyətə göndəriləcək, yanvarın 31-i isə işdən çıxarılacaq.

Hazırda “Citigroup” işçilərinin 90%-dən çoxu peyvənd olunub və rəqəm yanvarın 31-i yaxınlaşdıqca artır.

Müəllif: Elmir Murad