10:15 - 10.01.2022
10 yanvar, Fineko/abc.az. “Lənkəran Balıq Kombinatı” ASC səhmdarları (təkrar çağırış) növbədənkənar ümumi yığıncaq keçirəcək.
ABC.AZ-ın məlumatına görə, sözügedən toplantı 11 fevral 2022-ci il saat 14.00-da, Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində yerləşən inzibati binada baş tutacaq.
İclasda “Lənkəran Balıq Kombinatı” Açıq Səhmdar Cəmiyyətinin 2020-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
“Lənkəran Balıq Kombinatı” Açıq Səhmdar Cəmiyyətinin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi və digər məsələlər müzakirə ediləcək.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026