15:33 - 7.01.2022
7 yanvar, Fineko/abc.az. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bölgələrdə icra olunan su və kanalizasiya layihələri çərçivəsində tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə yeni qurğular inşa edilir.
ABC.AZ “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Qax şəhərində də tullantı suların optimal idarə edilməsi məqsədilə məhsuldarlığı sutkada 2000 kubmetr olan yeni tullantı sutəmizləyici qurğunun tikintisinə başlanılıb. Qurğu istismara verildikdən sonra Qax şəhərində yaranan tullantı suları burada tam zərərsizləşdirilərək kənarlaşdırılacaq.
Qeyd edilir ki, dövlət büdcəsi vəsiati hesabına Qax şəhəri, həmçinin rayonun Qaxinqloy və Qaxbaş kəndlərində içməli və tullantı su infrastrukturlarının yaradılması işləri yekunlaşıb. Layihə çərçivəsində 119 km içməli su və 81 km tullantı su şəbəkələri inşa edilib, 28 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026