Siandan Bakıya növbəti konteyner qatarı çatıb

15:58 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “ADY Konteyner” şirkəti bu ölkədə yeni əməkdaşlığa start verib. Belə ki, İqtisadiyyat Nazirliyinin Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “Xian Free Trade Port Construction and Operation Co.” şirkəti ilə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımaların həyata keçirilməsi üzrə müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində Siandan Bakıya növbəti konteyner blok qatarının çatdırılması həyata keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən ABC.AZ-a bildirilib ki, qatar Çindən dekabrın 6-da yola salınıb. Konteynerlər Bakıya Xəzər Dəniz Gəmiçiliyinin “Qaradağ” fider gəmisi vasitəsilə gətirilib.

Müqavilə çərçivəsində Çindən Azərbaycana, Gürcüstana və Türkiyəyə 2022-ci il ərzində müntəzəm olaraq konteynerlərlə yükdaşımalar həyata keçiriləcək.