16:08 - 29.12.2021
29 dekabr, Fineko/abc.az. Fərdi uçotun mərkəzləşdirilməsi zamanı benefisiarı bilinməyən 1.1 mlrd manat vəsait aşkar olunaraq konkret şəxslərin hesablarına işlənililib.
ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib.
Onun sözlərinə görə, fondun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 56 xidmət elektronlaşdırılıb, onlardan 42-si proaktiv qaydada həyata keçirilir.
Fondun xidmətlərinin elektronlaşdırılması nəticəsində ümumilikdə 500 000-dən artıq proaktiv təyinat aparılıb.
"Bu isə həmin sayda şəxsin heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını reallaşdırması deməkdir. Bütün ölkə üzrə fərdi uçot sistemi tam şəkildə mərkəzləşdirilib. Bütün ölkə üzrə məhkəmə mübahisələrində iştirak mərkəzləşdirilib", - deyə H. Məmişov bildirib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026