12:17 - 29.12.2021
29 dekabr, Fineko/abc.az. 2022-ci ildə DSMF-nin proqnozlaşdırılan gəlirləri üzrə risk gözlənilmir.
ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov mətbuat konfransında bildirib.
O qeyd edinb ki, iqtisadiyyatımız pandemiyadan sonra yenidən inkişaf tempini bərpa edib:
"Bu isə o deməkdir ki, proqnozlaşdırılan gəlirləri hər hansı risk gözləmir. DSMF-nin xərcləri də müəyyən olunmuş qrafikə uyğun icra olunacaq".