11:38 - 29.12.2021
29 dekabr, Fineko/abc.az. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 672 mindən çox vətəndaşın 49 milyondan çox müraciəti daxil olub.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Həmçinin vurğulanıb ki, keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 % təşkil edir.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb.
29 dekabr - “ASAN xidmət” işçilərinin peşə bayramı günüdür.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026