15:16 - 28.12.2021
28 dekabr, Fineko/abc.az. Dünyada satılan elektromobillərin sayı artıb.
ABC.AZ-ın məlumatına görə, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) prezidenti Fatih Birol bildirib.
O qeyd edib ki, 2021-ci ildə dünyada satılmış hər 100 avtomobildən 10-u (10%-i) elektrikli olub. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə elektromobillərin xüsusi çəkisi cəmi 2% idi.
"Hazırda elektromobil bazarı ən sürətlə Çində inkişaf edir. Adıçəkilən ölkədə satılan hər 100 avtomobildən 15-i elektriklidir. İnkişaf sürətinə görə, Avropa İttifaqı 2-ci, ABŞ isə 3-cü yerlədir" - deyə F.Birol qeyd edib.
Müəllif: Elmir Murad
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026