ABŞ-da taksi şirkəti müştəriləri Ford Mustang-la daşımağa başlayıb

12:00 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Nyu-Yorkda taksi xidməti göstərən şirkətin avtoparkına yeni Ford Mustang Mach-E elektrik krossoveri daxil edilib.

ABC.AZ-ın məlumatına görə, bu startap layihəsi çəçivəsində həyata keçirilib.

Şirkətdən bildirilib ki, gələcəkdə yalnız elektrik avtomobillər vasitəsi ilə xidmət göstərməyi planlaşdırır.

Yaxın gələcəkdə avtopark gnişləndirilərək Tesla Model Y markalı avtomobillərə sahib olacaq.