10:16 - 28.12.2021
28 dekabr, Fineko/abc.az. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin nasazlıqları ilə bağlı sürücülərə müraciət edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, İdarənin baş inspektoru Araz Əsgərli bildirib ki, “Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilib.
O deyib ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsində bu nasazlıqlar şəxsin iradəsindən asılı olmadan, yəni vaxtında, düzgün texniki qulluq edilmədən aşkarlanarsa, sürücünün 50 manat məbləğində cərimə olunması nəzərdə tutulur:
“Lakin sürücü nəqliyyat vasitəsinin istehsalçı tərəfindən müəyyən edilmiş konstruksiyana əlavə və dəyişikliklər edərsə, ona İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə uğun olaraq, 150 manat cərimə tətbiq edilir”.
13 Avqust 2026
13 Avqust 2026