10:06 - 28.12.2021
28 dekabr, Fineko/abc.az. Gələn il yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 3 il əvvəl 73 saylı qərarı var.
Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırki vəziyyətdə bu mümkün deyil.
Bir neçə gündən sonra paytaxda ictimai nəqliyyatda yalnız sıxılmış qaz və elektriklə işləyən avtobusların istismara veriləcəyi ilə bağlı tələb qüvvəyə minəcək.
Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026