15:24 - 24.12.2021
24 dekabr, Fineko/abc.az. Elektrikli avtomobil rəqabətinə daxil olan texnologiya şirkətlərindən biri olan Huawei ilk modelini təqdim edib.
ABC.AZ-ın məlumatına görə, HarmonyOS əməliyyat sistemilə işləyəcək Aito M5 modelinin tədarüklərinə 2022-ci ilin fevralında başlanması planlaşdırılır.
Qeyd olunub ki, avtomobilin qiymətləri 39 min dollardan başlayır.
"Aito M5 elektromobilinin Huawei-nin Harmony OS əməliyyat sistemindən istifadə edən ilk avtomobil olacaq və avtomobil həm elektrik enerjisi, həm də mineral yanacaqla işləyəcək" deyə təqdimatda bildirilib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026