Prezident onların təqaüdünü artırdı - Sərəncam

10:47 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 150 manatdan 180-ə və 100 manatdan 120-yə çatdırılıb.

Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.