Ermənistandan keçməklə Naxçıvana dəmir yolu bu məbləğə başa gələcək

16:36 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan hesab edir ki, Sünik vilayəti ərazisindən keçməklə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun tikintisi çərçivəsində respublika ərazisində dəmir yolunun bərpası üçün təqribən 200 milyon dollar vəsait lazım olacaq.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, hələlik konkret layihə və qiymətləndirmə yoxdur, amma Ermənistandan İrana dəmir yolu keçidinin təmiri üçün az məbləğ lazım olacaq.

"Mehri şəhəri ərazisində dəmir yolunun bərpası isə böyük məbləğdə sərmayə tələb edəcək. Bu sahədə keçmiş dəmir yolu tamamilə sökülüb, bu yol artıq avtomobil yoluna çevrilib. Düşünürəm ki, söhbət 200 milyon dollardan gedir. Ən böyük məbləğdə investisiya Ermənistan sərhədindən Azərbaycan ərazisində Horadizə qədər dəmir yolunun tikintisi üçün nəzərdə tutulub" - deyə Kerobyan bu gün brifinqdə jurnalistlərə bildirib.

O qeyd edib ki, sözügedən yolda da dəmir yolu tamamilə sökülüb.

"Bunun üçün 1 milyard dollardan artıq vəsait lazım olacaq”, - deyə erməni nazir əlavə edib.