Melburnda dərman zavodu inşa ediləcək - Hökumət zavoda böyük sərmayə yatıracaq

11:02 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. Avstraliya hökuməti Melburnda “Moderna” şirkətinin farmasevtik zavodunun inşa etdiriləcəyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, zavodun inşası üçün 2 milyard Avstraliya dolları miqdarında investisiya ayrılacaq.

Yeni müəssisə “Moderna” şirkəti ilə 10 il müddətinə imzalanan razılaşma çərçivəsində inşa ediləcək.

Melburn şəhərinin yerləşdiyi Viktoriya ştatının hökumətində ilk mərhələdə yeni zavodun istehsal gücünün ildə 25 milyon doza peyvənd təşkil edəcəyi də bildirilib.

Müəllif: Elmir Murad