“AzerGold” tender elan edir

15:29 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. “AzerGold” QSC geoloji-kəşfiyyat işlərində istifadə olunan proqram təminatına əlavələr üzrə lisenziyaların və dağ-mədən və geoloji məlumatların emalı üçün nəzərdə tutulan proqram təminatı üzrə texniki dəstəyin satın alınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 50 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 05.01.2022 15:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13.01.2022 15:00 qədər təqdim etməlidirlər.

Əlaqələndirici şəxs: Əli Əsədov, [email protected]