Prezident “Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayırdı - Sərəncam

17:13 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncama əsasən, 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezident ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.