12:08 - 8.12.2021
8 dekabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "Bank Standard" QSC-nin daşınmaz əmlakı açıq hərrac yolu ilə satışa çıxarılacaq.
Əmanətlərin Sığortalanması Fondundan ABC.AZ-a verilən məlumata görə, satış 22 dekabr 2021-ci il tarixində saat 11:00-da Bakı Hərrac Mərkəzində keçiriləcək.
Qeyd olunub ki, Bakı şəhəri, Nəsimi rayonu, 211-ci məhəllə, Səməd Vurğun küçəsi 18A ünvanında yerləşən ümumi sahəsi 9 241,5 kv. metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 29 mln. manatdır.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026