14:15 - 7.12.2021
7 dekabr, Fineko/abc.az. Aviabiletlərin qiymətləri ilə bağlı AZAL-a təkliflər verilib.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
O qeyd edib ki, bu istiqamətdə hazırda müzakirələr gedir.
"Hamı istəyir ki, qiymətlər daha sərfəli olsun. Amma hazırda şəraitin buna imkan verib- vermədiyi məsələsi var. Digər bir tərəfdən başa düşürük ki, qiymətlərin formalaşdırılması qəliz bir prosesdir və maya dəyərindən ucuz ola bilməz", - agentlik rəsmisi bildirib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026