17:41 - 29.11.2021
29 noyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tətbiq performansının monitorinqi (Application Performance Monitoring) üzrə proqram təminatına 1 (bir) il müddətinə abunəçilik xidmətinin satın alınması üçün tender elan edir.
Tenderdə iştirak haqqı 450 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 17.12.2021 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27.12.2021 18:00 qədər təqdim etməlidirlər.