17:26 - 25.11.2021
25 noyabr, Fineko/abc.az. “MİDA” MMC Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının sahəxarici və sahədaxili kommunikasiya (elektrik təchizatı və su-kanalizasiya) şəbəkəsinin tikintisi, ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma işləri üçün tender elan edir.
Tenderdə iştirak haqqı 1000 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 29.12.2021 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11.01.2022 15:00 qədər təqdim etməlidirlər.