12:44 - 18.04.2018
18 апреля, Fineko/abc.az. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2,1 milyard manat məbləğində kredit verib.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fondun fəaliyyəti dövründə 34,963 sahibkara güzəştli kredit verilib.
“Verilmiş kreditlər hesabına 160 minə yaxın yeni iş yeri yaradılmışdır. Güzəştli kreditlərin 71%-i aqrar sahədə, 29%-i sənaye və digər sahələrdə layihələrin maliyyələşdirilməsinə verilib. Kreditlərin 75%-i ölkə regionlarındakı sahibkarlara, 25%-i paytaxt sahibkarlarına verilib”, - Ş. Abdullayev bildirib.
30 İyul 2026
29 İyul 2026