Əhalinin sayı açıqlandı - 28 mindən çox artım var

11:21 - 16.11.2021


16 noyabr, Fineko/abc.az.  2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin sayı 28247 nəfər və ya 0,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu ilin oktyabr ayının 1-nə qədər əhalinin sayı 10 milyon 147 min 380 nəfərə çatıb.